logo

İran-Azərbaycan ticarət dövriyyəsi yaarım milyard dollara çatıb

15:58 14-02-2020 | icon 2604
İran-Azərbaycan ticarət dövriyyəsi yaarım milyard dollara çatıb

2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollara çatıb. 

YeniAvropa xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, bu da 2018-ci illə müqayisədə 11 faiz artım deməkdir.

Diplomat daha sonra qeyd edib ki, İranla Azərbaycan arasında iqtisadiyyat, siyasət və mədəniyyət sahələrini əhatə edən 150-dən çox sənəd imzalanıb.

Cavad Cahangirzadə qeyd edib ki, hər iki ölkə ikitərəfli faydalı əməkdaşlıq əlaqələrini davam etdirirlər. Səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycanda 1614 İran şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif sahələrdə azərbaycanlı həmkarları ilə əməkdaşlıq qurublar. Azərbaycan iqtisadiyyatının inkişafı iranlı iş adamlarına bu ölkəyə sərmayə yatırmaq üçün böyük imkanlar yaradıb. Dövlət başçılarının siyasi iradəsi qarşılıqlı əlaqələrin inkişaf etməsinə zəmin yaradıb və bu əməkdaşlıq tərəflər üçün bundan sonra da fayda verəcək.