logo

“Honda” 241 000 avtomobili geri çağırır

14:10 14-02-2020 | icon 2436
“Honda” 241 000 avtomobili geri çağırır

ABŞ-ın Avtomobil Nəqliyyatında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsinin açıqladığı informasiyaya görə, “Honda” özünün 241 000-dən çox populyar “Odyssey” minivenini geri çağırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,şirkət elektrik rozetkasındakı naqillərin alışma riskini artırdığını ehtimal etdiyinə görə belə bir addım atıb.

Qeyd edək ki, 2018-ci və 2019-cu illərin bütün “Honda Odyssey“ modelləri, habelə 2020-ci ilin bəzi modelləri, o cümlədən “Odyssey EX-L”, “Odyssey Touring” modelləri və “Odyssey Elite” avtomobilləri geri çağırılıb.

Avtomobil Nəqliyyatında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarənin statistikasına görə, problem 241 339 avtomobili əhatə edə bilər.

Bildirilir ki, naqillərlə problem üçüncü sırada əlavə rozetkanın olması ilə bağlıdır. Belə ki, çoxnaqilli kabelin arxadakı daxili panel ilə avtomobilin bütöv banı arasında sıxılmış vəziyyətdə olduğu ehtimal edilir. Sıxılma isə qısa qapanmanın baş verməsinə, çoxnaqilli kabelin qızmasına və yanğının baş verməsinə gətirib çıxara bilər.