logo

Seçkiləri 78 mindən artıq müşahidəçi izləyəcək

18:43 07-02-2020 | icon 2114
Seçkiləri 78 mindən artıq müşahidəçi izləyəcək

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 77 min 721 yerli müşahidəçi qeydiyyata alınıb. Eyni zamanda, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.