Prezident yanvarın 1-dən pensiyaları 16,6 faiz artırdı
Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci il yanvarın 1-nə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.
Bu artım prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, sərəncamla pensiyaların orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.
Artım 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevralda yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq.
Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq