logo

BMT: Koalisiya qüvvələrinin İraqa müdaxiləsindən sonra ölkədə uşaq hüquqları kütləvi şəkildə pozulub

15:35 05-02-2020 | icon 2352
BMT: Koalisiya qüvvələrinin İraqa müdaxiləsindən sonra ölkədə uşaq hüquqları kütləvi şəkildə pozulub

Koalisiya qüvvələri İraqa müdaxilə etdikdən sonra ölkədə uşaqların hüquqları kütləvi şəkildə pozulub.

YeniAvropa xəbər verir ki, bu fikir BMT ekspertlərinin İraqda insan hüquqlarına dair hazırladıqları hesabatda əks olunub.

Hesabatda bildirilir ki, 142 iraqlı uşağın ölümünün məsuliyyəti koalisiya qüvvələrinin üzərinə düşür. Həmçinin 2114 uşaq cinsi zorakılığa məruz qalıb. Bir çox hallarda uşaqlar qanunsuz hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak edərək həlak olublar.

Hesabatda diqqətə çatdırılıb ki, terrorçuluqla mübarizə adı altında İraqa daxil olan ABŞ və Avropa dövlətlərinin silahlı birləşmələri dəfələrlə yanlışlığa yol verərək, mülki obyektləri bombardman ediblər. Nəticədə minlərlə dinc sakin, o cümlədən də uşaqlar həlak olub.

Hesabat BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılacaq.