logo

Gürcüstanda güclü qar və leysan yağışları ciddi problemlər yaradıb

22:15 04-02-2020 | icon 2485
Gürcüstanda güclü qar və leysan yağışları ciddi problemlər yaradıb

Gürcüstanda yağan güclü qar və leysan yağışları ciddi problemlər yaradıb. Güclü qar, çovğun və qar uçqunu səbəbindən Gürcüstanı Rusiya ilə birləşdirən yeganə avtomobil magistralının Qudauri-Kobi hissəsində iritutumlu, qoşqulu və yarım qoşqulu avtomobillərin hərəkəti qadağan edilib.

 YeniAvropa xəbər verir ki,  Acarıstan bölgəsinin Keda rayonunda baş verən torpaq sürüşməsi nəticəsində isə Maxuntseti kəndi ilə əlaqə kəsilib. İntensiv yağışların səbəb olduğu hadisə nəticəsində xəsarət alan olmayıb.

Torpaq sürüşməsi nəticəsində Batumini Xulo kəndi ilə birləşdirən əsas avtomobil yolu bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Yolun təmizlənməsi üçün sahəyə xüsusi texnika cəlb olunub. Aidiyyəti qüvvələr yolda hərəkətin yaxın vaxtlarda bərpa olunacağını bildirirlər.

Lakin yağış və külək, eləcə də çovğun təmir-bərpa işlərinə mane törədir.