logo

AŞ PA-nın seçki  müşahidə missiyası Azərbaycana gəlir

18:12 03-02-2020 | icon 2380
AŞ PA-nın seçki  müşahidə missiyası Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi müşahidə missiyası fevralın 9-da keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə səfər edəcək.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, missiya Bakıya fevralın 7-də gələcək.

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyəcəklər.