logo

İran İslam İnqilabının 41-ci ildönümü qeyd olunur

12:50 01-02-2020 | icon 2520
İran İslam İnqilabının 41-ci ildönümü qeyd olunur

Bu gün İranda İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin 15 illik mühacirətdən sonra vətənə qayıdışı günü qeyd olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  siyasi baxışlarına görə həbslərə və məhrumiyyətlərə məhkum edilən Xomeyni ölkəni tərk etmək məcburiyyətində qalmışdı.

Ayətullah Xomeyni 1979-cu ilin fevralın 1-də Parisdən Tehrana qayıdaraq inqilaba rəhbərlik edib və şah rejimini devirərək ölkənin Ali Rəhbəri vəzifəsinə seçilib.

Onun Tehrana qayıdışından 10 gün sonra - fevralın 11-də ölkədə inqilab baş verib. Həmin 10 günlük müddət İranda “Fəcr ongünlüyü” adlanır və hər il təntənəli tədbirlərlə qeyd olunur.

Hər il fevralın 1-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi inqilabın banisi Ruhullah Xomeyninin türbəsini ziyarət edərək, orada namaz qılır, şəhidlərin xatirəsini anır.

Qeyd edək ki, bu il İran İslam İnqilabının 41-ci ildönümü tamam olur.