İran parlament seçkilərinə hazırlaşır
Fevralın 21-də İran İslam Şurası Məclisinə (parlamentə) seçkilər keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu il İslam inqilabından sonra 11-ci parlament seçkiləri keçiriləcək.
İranda seçkiləri bir sıra dövlətlərdə olduğu kimi, Mərkəzi Seçki Komissiyası və buna bənzər qurum deyil, Daxili İşlər Nazirliyinin nəzdindəki Milli Seçki İdarəsi təşkil edir və namizədlərin nümayəndələrinin iştirakı ilə səsləri hesablayır. Yaşı 30-dan 75-ə qədər olan İran vətəndaşları parlamentdə təmsil olunmaq üçün namizədliyini irəli sürə bilər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək, onların seçkidə iştirakına qərar verir. Bu Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz.
Hazırda 82 milyon əhalisi olan İranda 55 milyon insanın səsvermə hüququ var. İran parlamenti 290 deputat yerindən ibarətdir və əhalinin hər 190 min nəfərini parlamentdə 1 deputat təmsil edir.
İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin açıqlamasına görə, bu il parlament seçkilərində iştirak etmək üçün 15 min nəfər namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, hər bir deputat yerinə 17 namizəd iddialıdır. Nazir qeyd edib ki, səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.
Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə -islahatçılar və mühafizəkarlar arasında aparılır.
Prezident Həsən Ruhani bəyan edib ki, parlamentdə əhalinin müxtəlif təbəqələri təmsil olunmalıdır. Bunun üçün isə ictimaiyyətin nümayəndələri çəkinmədən namizədliklərini irəli sürməlidirlər.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib