logo

“AirAstana”  Çinə uçuşları ləğv edir

14:33 28-01-2020 | icon 2408
“AirAstana”  Çinə uçuşları ləğv edir

Qazaxıstanın “AirAstana” aviaşirkəti koronavirus epidemiyası ilə əlaqədar Nur-Sultandan və Almatıdan Çinə uçuşun ləğv edilməsinə qərar verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hazırda “Air Astana” Nur-Sultandan Urumçi və Pekinə həftədə üç, Almatıdan Urumçiyə həftədə dörd, Pekinə isə beş uçuş həyata keçirir. Aviaşikət uçuş cədvəlində dəyişikliklər haqda əlavə məlumat verəcək.

Çin hava limanlarında koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə ölkəyə gələn sərnişinlər Nur-Sultan və Almatıda analoji yoxlama prosedurundan keçirlər. Qazaxıstanda koronavirusa yoluxma halları aşkarlanmayıb.

Qeyd edək ki, Qazaxıstan koronavirusa görə qonşu Çin ilə sərnişin dəmir yolu əlaqəsini də dayandırmaq niyyətindədir.