logo

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib

11:12 28-01-2020 | icon 3311
AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib

Yanvarın 28-də AFFA-nın növbəti konfransında qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, İsgəndər Cavadov, Kazbek Tuayev və Elxan Məmmədovun AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən təqdim olunub. Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurovun namizədliyi irəli sürülüb. Firudin Qurbanov, Mahir Məmmədovun namizədliyini Sahə Futbol Federasiyaları İctimai Birliyi, Elmar Məmmədyarov və Könül Mehdiyevanın namizədliyini isə İctimai Futbol Təşkilatları İctimai Birliyi təqdim edib.