logo

Mingəçevir ərazisində zəlzələ qeydə alınıb

10:51 27-01-2020 | icon 1876
Mingəçevir ərazisində zəlzələ qeydə alınıb

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.