logo

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi inşa olunacaq

17:51 26-01-2020 | icon 2653
Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi inşa olunacaq

Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar və layihələndirmə işləri davam edir.

Xidmət rəisi deyib ki, mövcud gömrük infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı yeni planlar da var.

“Dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verəcək”, - deyə L.Kakava vurğulayıb.