logo

Zığda seçicilər YAP-çıya "namizədliyini geri götür" dedilər

15:55 26-01-2020 | icon 2450
Zığda seçicilər YAP-çıya "namizədliyini geri götür" dedilər

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi YAP tərəfindən 3-cü dəfə irəli sürülən Sevinc Fətəliyeva Zığ kəndində seçicilərin etirazı ilə qarşılanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "YouTube"də video yerləşdirilib. Seçicilərlə görüşə gələn xanım namizəd çıxışını bitirən kimi qəsəbə sakinləri tərəfindən kəskin tənqid olunub. Kənd sakinləri sabiq deputatı fakt qarşısında qoyaraq , hakimiyyət təmsilçilərinə daha inanmadıqlarını söyləyiblər. 

Zığın problemlərindən söz açan çıxışçılar dəfələrlə sabiq deputatuta müraciət etsələr də, illərlə onun qəbuluna düşə bilmədiklərini vurğulayıblar. Onlar  S.Fətəliyevanı namizədliyini geri götürməyə dəvət ediblər.