logo

Türkiyədəki zəlzələdə 14 nəfərin öldüyü təsdiqlənib

22:39 24-01-2020 | icon 308
Türkiyədəki zəlzələdə 14 nəfərin öldüyü təsdiqlənib

Türkiyənin episentri Elazığ vilayətinin Sivrice rayonunda baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artmaqdadır.

YeniAvropa xəbər verir ki, yeraltı təkan nəticəsində Elazığda 8, Malatiyada 6 nəfər həyatını itirib.

Xilasetmə işləri davam etdirilir. Dağıntılar altında qalanların çox olduğu ehtimal edilir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) təbii fəlakət bölgəsinə çadır, tibbi ləvazimat və isti geyim göndərib. Evləri uçan və yararsız hala düşən vətəndaşların müvəqqəti sığınması üçün tədbirlər görülür. Ərazidə çadır şəhərciyi qurulacağı istisna deyil.