logo

Novosibirskin biznes missiyası Azərbaycana gələcək

15:59 24-01-2020 | icon 2681
Novosibirskin biznes missiyası Azərbaycana gələcək

Rusiya Federasiyasının Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana səfər edəcək.

 YeniAvropa xəbər verir ki, fevralın 5-8-də Bakıda Azərbaycan və Novosibirsk vilayətinin müəssisələri arasında iqtisadi əməkdaşlıq isiqamətində bir sıra işgüzar görüşlər keçiriləcək.

Biznes missiyaya bölgənin sənaye və aqrosənaye kompleksinin aparıcı müəssisələri daxildir. Səfər çərçivəsində hökumət nümayəndələri, müvafiq təşkilatlar və işgüzar dairələrlə danışıqlar aparılacaq.

Bu tədbirlərin keçirilməsi Novosibirsk vilayətinin sənaye və investisiya potensialını təqdim etməyə, mövcud olanları möhkəmləndirməyə, yeni inteqrasiya əlaqələrini qurmağa və ticarət dövriyyəsinin artmasına imkan yaradacaq.