logo

Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr açıqlanıb

13:10 24-01-2020 | icon 2289
Deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr açıqlanıb

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib. Qeyd edilib ki,  ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb.

Belə ki, bu dairədən 25 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.

Bu dairələrin hər birində 3 nəfərin namizədliyi qeydə alınıb.