logo

Ötən il dəmir yolu ilə sərnişindaşıma 35,5 faiz artıb

15:36 24-01-2020 | icon 2695
Ötən il dəmir yolu ilə sərnişindaşıma 35,5 faiz artıb

Ötən il dəmir yolu nəqliyyatı ilə 3,8 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki,2018-ci illə müqayisədə sərnişin daşınmasında 35,5 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 300 vaqon yüklənib, 427 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,3 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.