logo

Avropa İttifaqının rəhbərləri Brexit haqqında sazişi imzalayıblar

12:32 24-01-2020 | icon 2464
Avropa İttifaqının rəhbərləri Brexit haqqında sazişi imzalayıblar

Avropa İttifaqı Şurası və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Lyayen Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi imzalayıblar.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,Şarl Mişel bu barədə özünün “Twitter” səhifəsində bildirib. “Bu gün (yanvarın 24-də) mən Ursula fon der Lyayenlə birlikdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqqında sazişi imzaladım. Bir neçə şeyi dəyişmək qaçılmazdır, lakin bizim dostluğumuz davam edəcək. Biz tərəfdaşlar və müttəfiqlər kimi yeni fəslə başlayırıq”, - Şarl Mişel belə yazıb.

Bundan əvvəl isə Avropa parlamentinin komitəsi Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi böyük səs çoxluğu ilə təsdiqləyib.

Xatırladaq ki, dünən kraliça II Elizabet Brexit haqqında qanun layihəsini imzalayıb. Bununla da layihə qanun statusu alıb. Avropa Parlamentinin sazişi yanvarın 29-da səsverməyə çıxaracağı gözlənilir.

Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-də tərk edəcək. İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü olacaq. Həmin müddətdə tərəflər gələcək münasibətlər barədə danışıqlar aparacaqlar.