logo

Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir

11:17 24-01-2020 | icon 2324
Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir

Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir

YeniAvropa xəbər verir  ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan bütün dinlərə mənsub insanların yan-yana yaşadığı ölkədir. Azərbaycandakı yəhudi icması özünü evindəki kimi hiss edir.

İsrail ilə Azərbaycan arasında strateji münasibətlərin yüksək qiymətləndirildiyini, bu iki ölkənin dostluğunun hər kəs tərəfindən tanındığını və ona hörmət edildiyini deyən C.Dik bildirib: “Martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr inkişaf etməyə davam edəcək”.

Holokostun anım mərasimində ölkəmizin də təmsil olunduğunu bildirən səfir qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.

Diplomat qeyd edib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır. Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 min nəfər olub. Bu, 2016-cı illə müqayisədə 5 dəfə artım deməkdir.