logo

Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

14:57 23-01-2020 | icon 2429
Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Yanvarın 25-26-da Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, builki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər keçəcək, master-klass proqramları təqdim edəcəklər.

Konfrans müddətində 20-dən çox firmanın yer alacağı sərgiyə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və sair fərqli ölkələrdən olan istehsalçılar qatılacaq, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

Arıçılıq konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək.

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.