logo

Keçən il ümumi daxili məhsul istehsalı 81,6 milyard manat olub

12:49 22-01-2020 | icon 2534
Keçən il ümumi daxili məhsul istehsalı 81,6 milyard manat olub

2019-cu ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatıb.

YeniAvropa xəbər verir ki,ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda 0,4 faiz artıb.

İnformasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,6 faiz, sənayedə 1,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1 faiz, digər xidmət sahələrində 3,3 faiz artıb, tikintidə 6,1 faiz azalıb.

ÜDM-in 41,4 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat olub.