logo

İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşüb

20:50 21-01-2020 | icon 2233
İlham Əliyev Davosda Mövlud Çavuşoğlu ilə görüşüb

Yanvarın 21-də prezident İlham Əliyev Davosda Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edildi. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulandı.