logo

Tehran və Kiyev razılıq əldə ediblər

23:43 20-01-2020 | icon 3024
Tehran və Kiyev razılıq əldə ediblər

İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

YeniAvropa xəbər verir ki,görüşdə Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələni müzakirə ediblər. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub.

Ukrayna Prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.