logo

Şəkidə üç kafedə saxta spirtli içki aşkarlanıb

21:15 18-01-2020 | icon 273
Şəkidə üç kafedə saxta spirtli içki aşkarlanıb

Şəki şəhər-rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən, ümumilikdə, 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içki aşkar edilərək götürülüb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Xəbərdə qeyd edilib ki, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

Araşdırma aparılır.