logo

Nizami rayonundan ən iddialı namizəd- Eldar Əliyev kimdir?

17:28 18-01-2020 | icon 2604
Nizami rayonundan ən iddialı namizəd- Eldar Əliyev kimdir?

9 fevral 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, ali qanunverici orqanda paytaxtın ən böyük rayonlarından biri olan Nizami rayonu 3 seçki dairəsindən(24 saylı Birinci, 25 saylı İkinci və 18 saylı Nizami-Nərimanov qarışıq dairə ) seçilmiş parlamentarilərlə təmsil olunacaq. Ötən çağırışlarda parlamentdə ilk iki dairədən Rövnəq Abdullayev və Sədaqət Vəliyevə təmsil olunublar. Lakin son vaxtlar Rövnəq Abdullayevin varidatı, eləcə də onun oğlunun 2 milyonluq saat qalmaqalı ilə bağlı beynəlxalq mətbuatda yer alan materiallar, eləcə də YAP-ın deputatlarının əvvəlcə parlamenti buraxıb, sonra yenidən eyni dairədən özlərini namizəd kimi irəli sürmələri sözü gedən sabiq deputatlara 9 fevral seçkisində heç də uğur vəd etmirdi. Görünür elə bu səbəbdəndir ki, Rövnəq Abdullayev növbəti dəfə namizədliyini irəli sürməyə cəhd etmədi. O ki qaldı Sədaqət Vəliyevaya , siyasi ekspertlərin qənaətinə görə, YAP Nizami rayon təşkilatı sədrinin nüfuzu o qədər aşağıdır ki, şəffaf seçkilər keçiriləcəyi təqdirdə onun heç 10 % -li baryeri aşmaq şansı belə yoxdur.

Ötən gündən bağlayaraq  növbədənkənar seçkilərdə iştirak edən namizədlər öz təşviqat kampaniyalarına başlayıblar.  Nizami rayonundakı 24 və 25 saylı Seçki dairələrindən qeydə alınmış namizədlərin tərcüməyi-halı ilə tanış oldudca , elə indidən hansı dairədən hansı namizədin qalib gəlmək şansı olduğunu müəyyən etmək heç də çətin deyil.

Seçki texnologilayarı üzrə ekspertlərin qənaətinə görə, şəffaf seçkilər keçiriləcəyi təqdirdə  24 saylı Nizami Birinci Seçki Dairəsindən Eldar Elxan oğlu Əliyevin seçkidə qalib gəlmək şansı daha yüksəkdir. Belə ki, onun özünün  seçki təşviqat kampaniyasını düzgün qurması, eləcə də ailəsinin mesenat kimi Nizami rayonunda böyük nüfuza sahib olmaları bunu şərtləndirir.

Eldar Elxan oğlu Əliyev  1977-ci il iyulun 6-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.  1994-cü ildə paytaxtdakı 123 saylı orta məktəbi bitirib. Həmin il  Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub. 1998-ci ildə ABU-nun hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1998-1999-cu illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olub. Əməək fəaliyyətinə 1999-cu ildən başlayıb. AR Ədliyyə Nazirliyi sistemində  müxtəlif vəzifələrdə çalışıb.

2001-cu ildə DİN-in Polis Akademiyasına qəbul olub. İkinci ali təhsilini 2005-ci ildə başa vurub. 

2010-2015-ci illərdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Aviasiya Təhlikəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb.

2016-2018-ci illərdə “RİYAD”  Mühafizə Xidmətində Respublika üzrə məxfi idarənin rəisi olub.

2018-ci ildən  hal-hazıradək  Müdafiə Nazirliyi  Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 5 saylı MİS-in rəisi vəzifəsində çalışır.

Rus və ingilis dillərini mükəmməl bilir.      

Ailəlidir , iki oğlu var.

Eldar Əliyevin seçki platforması da maraq doğurur. O, əvvəlki deputatlığa namizədlər kimi heç də pafosla çıxış etmir. Fikirlərini qısa və lokonik şəkildə  belə ifadə edib:

 “Hörmətli seçicilərim! Mənə etimad göstərərək Milli Məclisə üzv seçərsinizsə, ÖZ SAKİNİNİZ OLARAQ, sizin problemlərinin həllinə yardım göstərməkdən şərəf duyacaq, hazırkı platforma ilə üzərimə götürdüyüm öhdəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək,  deputat səlahiyyətlərinin verdiyi imkanlardan istifadə edərək mənim üçün doğma olan qəsəbəmin sakinlərini narahat edən bütün məsələlərin həllinə  maksimum dərəcədə səy göstərəcəyəm”.