logo

Ağcabədidə keçmiş məhkumdan 13 kq-dək marixuana götürülüb

13:41 18-01-2020 | icon 2093
Ağcabədidə keçmiş məhkumdan 13 kq-dək marixuana götürülüb

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

YeniAvropa xəbər verir ki,Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı onda marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən “Revolver” markalı tapança aşkar edilərək götürülüb.