logo

İlham Əliyev Cənnət Səlimovaya orden verdi

17:29 17-01-2020 | icon 357
İlham Əliyev Cənnət Səlimovaya orden verdi

Prezident İlham Əliyev yanvarın 17-də Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Cənnət Səlimova 20 yanvar 1940-cı ildə Bakıda anadan olub.Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti , "Şöhrət" ordeni, "Şərəf Nişanı" ordeni, prezident təqaüdçüsüdür. Azərbaycanda Kamera Teatrının yaradıcısıdır.  

Cənnət Səlimova tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşdır. O, dünya şöhrətli azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfü-zadənin xalası qızıdır.