logo

2019-cu ildə Dağlıq Qarabağ problemi üzrə dəyişiklər baş verməyib

15:48 17-01-2020 | icon 378
2019-cu ildə Dağlıq Qarabağ problemi üzrə dəyişiklər baş verməyib

2019-cu ildə Dağlıq Qarabağ probleminin nizamlanmasında nəzərəçarpacaq dəyişiklər baş verməyib.

 YeniAvropa xəbər verir  ki, bu bfikri Rusiya xarici işlər naziri vəzifələrini icra edən Sergey Lavrovun 2019-cu ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri haqqında suala cavab RF XİN-in saytında yerləşdirilib. Rusiya xarici siyasət idarəsinin cavabında deyilir ki, 2019-cu ilin martında Vyanada Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmaları inkişaf etdirmək üçün 2019-cu ilin aprelində Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin şərtləşdikləri “kiçik addımlar”ın reallaşmasında irəliləyiş var. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında “qaynar xətt” əlaqəsi fəaliyyət göstərir. Jurnalistlərin mübadiləsi həyata keçirilib, əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar barəsində iş davam edir, Qırmızı Xaç Komitəsi bu işə qoşulub.

RF XİN-in cavabında daha sonra deyilir: “Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətlərini təsdiq edir. Lakin nizamlanmanın mahiyyəti məsələlərinə dair hələlik irəli getmək mümkün olmayıb. Bu mövzu Sergey Lavrovun yaxın günlərdə Yerevana və Bakıya səfərləri zamanı müzakirə edilib. Ümid edirik ki, yaxın vaxtlarda tərəflər arasında mövzu ətrafında danışıqlar bərpa olunacaq. Öz tərəmizdən Minsk qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə gərəkli dəstək göstərəcəyik”.