logo

Saatlıda ağır avtoqəza: 1 ölü . 3 yaralı

13:10 17-01-2020 | icon 266
Saatlıda ağır avtoqəza: 1 ölü . 3 yaralı

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb. “Mitsubishi” və “Jiquli” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayon sakinləri Cəfərov Nizami Kamran oğlu, Səmədov Əbülfət Ərəstun oğlu, Minbaşıyev Feyruz Əziz oğlu və Teymurov Elşad Yunsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisi Saatlı, digər ikisi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərinə səylərinə baxmayaraq, xəsarət almış Nizami Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.