logo

ABŞ səfiri: parlament seçkilərində çoxlu namizədi görməkdən şadıq

11:09 17-01-2020 | icon 343
ABŞ səfiri: parlament seçkilərində çoxlu namizədi görməkdən şadıq

Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

Li Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycan seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib”.