logo

Avtomagistrallarda sürət həddi dəyişdirildi

10:59 17-01-2020 | icon 308
Avtomagistrallarda sürət həddi dəyişdirildi

Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) - Mərdəkan-Zağulba və Zığ dairəsi-hava limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi saatda 110 kilometr müəyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.