logo

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

11:43 17-01-2020 | icon 371
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Bu ayın sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb.

YeniAvropa xəbər verir ki,bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.

Elmar Məmmədyarov, həmçinin bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin nəzərdə tutulduğunu qeyd edib.