logo

Şəhər polisi Rusiyadan Azərbaycana zorla gətirilən qız haqda açıqlama verdi

23:51 16-01-2020 | icon 2394
Şəhər polisi Rusiyadan Azərbaycana zorla gətirilən qız haqda açıqlama verdi

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirildiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.

“Hazırda Sevgiya Sübhani İsmayılova mühafizə altındadır. Sağlamlığı qaydasındadır. Bütün zəruri təbirlər görülüb, hüquqi yardım göstərilib”, - deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb.

O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və Polina adlı rus sevgilisi barədə etiraflardan sonra başlayıb.