logo

2019-cu ildə ölkəyə 47 mindən artıq avtomobil gətirilib

18:31 16-01-2020 | icon 2688
2019-cu ildə ölkəyə 47 mindən artıq avtomobil gətirilib

2019-cu ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 47 min 710 olub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 43 min 156-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 227-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.