logo

 Putin erməni əsilli Mixail Mişustini Rusiyanın baş naziri təyin edib

18:05 16-01-2020 | icon 2667
 Putin erməni əsilli Mixail Mişustini Rusiyanın baş naziri təyin edib

Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təyin olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 16-da bu barədə fərman imzalayıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması M.Mişustinin baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib. M.Mişustinin namizədliyinin lehinə 383 deputat səs verib, 41 deputat bitərəf qalıb.

Xatırladaq ki, Rusiya mətbuatında Mixail Mişustinin erməni əsilli olması barədə silsilə yazılar dərc olunub. Onun anasının erməni olduğu bildirilir. 

M.Mişustin 1966-cı ildə Moskvada anadan olaub. O, 1989-cu ildə ali məktəbi sistem mühəndisliyi ixtisası üzrə başa vurub.