logo

Avtoyuma məntəqəsindən qaçırdığı “BMW” ilə  qəza törətdi

16:33 16-01-2020 | icon 2303
Avtoyuma məntəqəsindən qaçırdığı “BMW” ilə  qəza törətdi

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcabədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyənləşib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.