logo

SOCAR ötən il 6,8 milyard m3 təbii qaz hasil edib

13:09 16-01-2020 | icon 2436
SOCAR ötən il 6,8 milyard m3 təbii qaz hasil edib

SOCAR keçən il 6,8 milyard kubmetr təbii qaz hasil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-dan bildirilib. Qeyd edilib ki,  2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda qaz hasilatını sabitləşdirməyə nail olub və il ərzində 6,8 milyard kubmetr qaz hasil edilib.

Ölkə üzrə ümumi qaz hasilatı isə əvvəlki illə müqayisədə təqribən 17 faiz artaraq 35,6 milyard kubmetrə çatıb.