logo

Bakıda çoxmərtəbəli binada yanğın: 8 nəfər təxliyə edildi

14:02 25-02-2018 | icon 3066
Bakıda çoxmərtəbəli binada yanğın: 8 nəfər təxliyə edildi

Paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, binanın beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.

Hadisə zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.