logo

Xoşbəxt Yusifzadənin adı yeni inşa edilən neftdaşıyan tankerə veriləcək

10:52 16-01-2020 | icon 2674
Xoşbəxt Yusifzadənin adı yeni inşa edilən neftdaşıyan tankerə veriləcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı prezidenti  İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"  QSC-yə (ASCO)  tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

YeniAvropa xəbər verir  ki, bu barədə ASCO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki,sərəncama uyğun olaraq hazırda ASCO-nun  sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin  Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə”  adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.