logo

Azərbaycan-Moldova ticarət dövriyyəsi artıb

11:20 16-01-2020 | icon 2492
Azərbaycan-Moldova ticarət dövriyyəsi artıb

Ötən il Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 8 milyon dollara yaxın olub ki, bu da 2018-ci illə müqayisədə 1 milyon dollar çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 4,8 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 3,1 dollarlıq məhsul ixrac edilib. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 7 milyon dollara yaxın olub.