logo

Putinin baş nazir postuna namizədi açıqlandı

23:27 15-01-2020 | icon 2681
Putinin baş nazir postuna namizədi açıqlandı

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri vəzifəsinə Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

 YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq. 

Xatırladaq ki, bu gün Rusiya hökuməti baş nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.