Azərbaycan-İtaliya Biznes Şurası yaradılacaq
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Romada İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında təmsil edilib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, iki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.
Qeyd olunub ki, Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafı, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, müəssisələrə baxış və təlimlərin təşkili, birgə innovativ layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətli olacaq.
Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sergio Arzeni və baş katibi Giovanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, INSME və İtaliyanın digər müvafiq qurumları ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvlüyünə dair müzakirələrin aparıldığı görüşdə, həmçinin INSME-nin tədbirlərində agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, potensial layihələr barədə məlumat mübadiləsi və digər mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir