logo

Gürcüstan yeni neft və qaz ehtiyatlarının axtarışına başlayır

20:45 15-01-2020 | icon 2450
Gürcüstan yeni neft və qaz ehtiyatlarının axtarışına başlayır

Gürcüstan yeni neft və qaz ehtiyatlarının axtarışına başlayır. Axtarışlar Qara dənizin Gürcüstan akvatoriyasında aparılacaq.

YeniAvropa xəbər verir ki,bununla bağlı Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi açıq beynəlxalq tender elan edib. Tenderin şərtlərinə əsasən, axtarış-kəşfiyyat işləri dəniz şelfindəki lisenziyalaşdırılmış ikinci və üçüncü blokda aparılacaq. Blokların işlənilməsi üçün lisenziyanın alınması ilə bağlı müraciətlər bu il aprelin 20-dək qəbul olunacaq.