logo

ABŞ neftin qiymətinə dair proqnozunu açıqlayıb

12:30 15-01-2020 | icon 2443
ABŞ neftin qiymətinə dair proqnozunu açıqlayıb

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

YeniAvropa-ya bu haqda xəbər verir ki, EIA bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 65 dollar olacağını nəzərdə tutur. Əvvəlki proqnoz 60,5 dollar/barrel idi.

Administrasiya cari ildə “Light” markalı neftin qiymətinin isə 59,5 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır. Əvvəlki proqnoz 55 dollar/barrel açıqlanmışdı.

EIA Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrinin xam neft istehsalını bu ilin ilk rübündə gündəlik 500 min barrel azaltması qərarının proqnozun artırılmasına təsir etdiyini vurğulayıb.