logo

“AnadoluJet” İstanbul-Bakı aviareysini açır

18:50 14-01-2020 | icon 525
“AnadoluJet” İstanbul-Bakı aviareysini açır

“AnadoluJet” aviaşirkəti İstanbuldan Bakıya aviareyslərə başlayacaq.

YeniAvropa  "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, “AnadoluJet” martın 29-dan İstanbulun Sabiha Gökçen aeroportundan 28 istiqamətdə uçuşlara başlayacaq.

Bu istiqamətlər arasında Bakı, Dubay, Bağdad, Bəhreyn, Küveyt, Tehran, Barselona, Amsterdam, Paris, Roma, Vyana, London, Milan, Berlin, Tbilisi, Mədinə və başqaları var.

Yeni istiqamətlər üzrə biletlər artıq satışdadır.