logo

Əmək Müfəttişliyi Xidməti ötən il işdən qeyri-qanuni azad edilmiş 88 nəfəri öz işlərinə bərpa etdirib

12:30 14-01-2020 | icon 2170
Əmək Müfəttişliyi Xidməti ötən il işdən qeyri-qanuni azad edilmiş 88 nəfəri öz işlərinə bərpa etdirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin şəxslər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, müraciətlərin araşdırılması zamanı xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.