logo

Bakıda yük avtomobili kişinin üstündən keçib bədənini ikiyə böldü

23:15 13-01-2020 | icon 245
Bakıda yük avtomobili kişinin üstündən keçib bədənini ikiyə böldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

YeniAvropa xəbər verir  ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib. 

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.