logo

Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır

20:47 13-01-2020 | icon 2464
Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır

Hindistanın Azərbaycandakı səfirliyi xəbər saytlarında və sosial mediada dərc olunmuş Şəhidlər Xiyabanında bəzi şəxslər tərəfindən sərgilənən hörmətsiz davranışlarla bağlı videonu izləyib. Səfirlik hər hansı bir şəxs tərəfindən nümayiş olunan bu cür davranışları pisləyir.
YeniAvropa xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd edilib. 
“Səfirlik hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla birgə işləyir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup Hindistan vətəndaşının Bakda Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etməsi ilə bağlı görüntülər yayılıb. Bu hadisə şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.