MSK-nın Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb
Bu il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yüksək səviyyədə hazırlanıb, geniş aşkarlıq şəraitində azad və ədalətli keçirilməsi üçün nəzərdə tutulan irimiqyaslı layihələr ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməkdədir. Müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində Mərkəzi Seçki Komissiyasının “Seçki - 2020” Müstəqil Media Mərkəzi yaradılıb.
YeniAvropa xəbər verir ki, yanvarın 13-də Bakı şəhərindəki "Hilton" otelində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvlərinin iştirakı ilə “Seçki - 2020” Müstəqil Media Mərkəzinın açılışı olub. Yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin asan və sərbəst məlumat əldə etmələri üçün Mərkəzdə yaradılan hərtərəfli şərait və geniş imkanlarla yaxından tanış olan sədr M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.
Qeyd edək ki, “Seçki-2020” Müstəqil Media Mərkəzi seçkilərin geniş və obyektiv işıqlandırılması, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etmək və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərilməsi məqsədilə yaradılıb. Bunun üçün Mərkəz yüksək tələblərə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunub, həmçinin ödənişsiz internet də media təmsilçilərinin ixtiyarına verilib.
Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün hər cür şərait mövcuddur.
Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, eləcə də seçkilərə dair foto və video görüntülər təqdim olunur.
“Seçki - 2020” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:
Ünvan: Hilton otelinin "ONYX" zalı, telefonlar: (+99412) 565-50-31, e-mail: [email protected].
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ